waplog

Dünyada göndərilmiş ilk SMS mesajın məzmunu məlum olub


Dünyada mobil telefona ilk SMS mesaj 25 il bundan əvvəl Nil Papvort tərəfindən öz iş yoldaşına göndərilib. Bu haqda mətn mesajının müəllifi “Sky News” telekanalına məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, dünyada ilk SMS mesajı “Vodafone” telekommunikasiya şirkətinin direktoru qəbul edib. Mesajın mətni "Milad bayramın mübarək" sözlərindən ibarət olub. Papvort bildirib ki, o öz mesajına cavab almayıb. 1992-ci ildə mobil telefonlar mesajları qəbul etsələr də, amma mesaj göndərmək üçün kompüter tələb olunurdu.

"Mən mətn mesajlarını ixtira etməmişəm, sadəcə, ilk SMS mesaj göndərən xoşbəxt insanam" – Papvort deyib.
Məlumat üçün bildirək ki, ilk SMS mesajın göndərilməsindən 20 il sonra –  2012-ci ildə yalnız Böyük Britaniyada 151 milyard mesaj göndərilib.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL