waplog

“Samsung” şirkəti “Galaxy Note 8” smartfonunu daxili “VPN” şəbəkəsi ilə təchiz edəcək


Sistem yeniləməsinin köməyi ilə “Galaxy Note8” smartfonunda daxili “VPN” şəbəkəsini aktivləşdirmək olar.
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, Cənubi Koreya şirkəti sistemin sonuncu yeniləməsi ilə “Galaxy Note 8” smartfonuna daxili “VPN” funksiyasını əlavə edib. Funksiyadan həm pulsuz, həm də pulla istifadə mümkündür.

“Secure Wi-Fi” funksiyası sayəsində “Galaxy Note 8” qurğusunun sahibləri “VPN” şəbəkəsini aktivləşdirərək öz simsiz qoşulmasını müdafiə edə bilər. Smartfonun sazlamasına inteqrasiya edilmiş proqram internet trafikini şifrləyəcək və saytlar tərəfindən izləməni deaktiv edəcək.

“Samsung” şirkəti “Note8” qurğu sahiblərinə hər ay pulsuz 250 Meqabayt şifrlənmiş trafik təklif edib, aktiv istifadəçilər qeyri-məhdud müdafiə paketini (məsələn, gündəlik (0,99 avro) və ya aylıq (1,99 avro) limitsiz paketi qoşmaq kimi) seçə bilərlər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL