waplog

Süni intellekt çoxlu iş yerləri yaradacaq


Süni intellekt texnologiyalarının inkişafı və geniş tətbiqi robotların iş yerlərində tez-tez insanları əvəz etməsi ilə nəticələnir. Eyni zamanda kompüterlər yeni iş yerləri yaradır və bir neçə il sonra onların sayı süni intellektə görə işdən çıxarılanların sayını ötəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Gartner” analitiklərinin proqnozuna görə, 2020-ci ildə süni intellekt 2,3 milyon yeni iş yeri yaradacaq.

Süni intellektin kadr bazarına təsir dərəcəsi sahədən asılı olacaq: bəzi sahələrdə iş yerlərinin sayı bir neçə il ərzində azalacaq, başqa sahələrdə, məsələn, səhiyyə, təhsil və dövlət sektorunda ən azı 2019-cu ilədək bu göstərici artacaq.

Ancaq sürücüsüz avtomobillər, robot dayələr, insanların işə qəbulu üzrə avtomatik sistemlər və başqa süni intellekt texnologiyaları insanları narahat edir. 2017-ci ilin oktyabrında “Pew Research” şirkəti amerikalılar arasında keçirilmiş sorğunun nəticələrini dərc edib. Məlum olub ki, ABŞ əhalisinin 70%-i avtomatlaşdırma və iş yerini itirməkdən qorxur.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL