waplog

“5G” tezliklərinin parametrləri məlum olub


Dünyada bütün rabitə standartları üçün tezlik diapazonlarını müəyyənləşdirən "3GPP" konsorsiumu "5G" şəbəkələri üçün tezliklər spesifikasiyaları üzərində aparılan işi, demək olar ki, yekunlaşdırıb. Ehtimal ki, istehsalçılar tezliklə mikrosxemlər üzərində işlərə başlayacaqlar.

"ICTnews" Elektron Xəbər Xidməti "life.ru" saytına istinadən yazır ki, "3GPP" mobil telefoniya spesifikasiyalarının tərtibatçısı "5G" mobil rabitəsinin bəzi xüsusiyyətləri haqda məlumat verib. Bu, Lissabonda mobil operatorların nümayəndələri ilə görüş zamanı baş verib.

"5G" spesifikasiyaları 600-700 MHs aşağı tezlik, 3,5 QHs orta tezlik və 50 QHs yüksək tezlik spektrlərini dəstəkləyəcək. Nümayəndələrin sözlərinə görə, "5G" şəbəkəsinin parametrləri rəsmən bu həftə dərc ediləcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL