waplog

İlk qrafen akkumulyator 20 dəqiqəyə enerji ilə doldurulur


“Elecjet” şirkəti qrafendən istifadə etməklə dünyada ilk kənar akkumulyator təqdim edib. “Apollo” adlanan qurğu növbəti prototip yox, ilkin sifarişlərin qəbul olunduğu hazır məhsuldur. O, enerjini sürətli doldurması ilə fərqlənir. Məsələn, aksessuar “iPhone X” və ya “Galaxy S8” smartfonlarını 30 dəqiqə ərzində sıfırdan 50 faizədək enerji ilə doldurur. Bundan başqa, “iPhone 8 Plus” modelinin tam enerji ilə doldurulması üçün ənənəvi 3 saat əvəzinə yarım saat tələb olunur.   

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Apollo” akkumulyatorunun tutumu 6 min milliamper/saat təşkil edir ki, bu da hazırkı meyarlara görə yüksək hesab edilmir. Lakin ənənəvi kənar akkumulyatorların enerji ilə doldurulması üçün saatlarla vaxt lazım olduğu halda yeni qurğu 20 dəqiqəyə sıfırdan 100 faizədək enerji ilə doldurulur. Aksessuar enerjini 60 Vatt gücündə adapterlər vasitəsilə toplayaraq çıxışa 40 Vatt ötürür. Enerjinin doldurulması üçün “Nintendo Switch”, “Apple MacBook” qurğularının və ya “Lenovo Dell” və “HP” noutbuklarının bloklarından istifadə mümkündür.

Qeyd olunur ki, qurğu üç çıxışla təchiz edilib: “Quick Charge 3.0” sürətli enerjidoldurma funksiyasını dəstəkləyən “USB-A”, çıxış gücü 40 Vattadək “USB Type-C” və adi “USB-A”. Qurğu, həmçinin enerjinin doldurulma səviyyəsini göstərən kiçik ekrana malikdir.

“Apollo” akkumulyatorunu “Kickstarter” saytında 59 dollara sifariş etmək olar.

Məlumat üçün qeyd edək ki, qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş birqatlı karbon atomlarından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektron qurğularda tətbiqinə böyük perspektivlər vəd edir. Materialın əsasında yaradılacaq gələcək qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha dözümlü olacaq.

Nizam Nuriyev
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL