waplog

Yenilənmiş “iPhone X” smartfonu “5G” şəbəkəsini dəstəkləyəcək


ABŞ-ın “Apple” şirkəti beşinci nəsil mobil rabitə texnologiyasını (5G) dəstəkləyəcək yenilənmiş “iPhone X” smartfon modelinin buraxılacağını açıqlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, məlumata görə, yeni modifikasiyalı qabaqcıl smartfonda əvvəlki modelin bütün funksiyaları – qoşa kamera, sifət skaneri və çərçivəsiz ekranlı dizayn saxlanılacaq.
 
Şirkət əməkdaşlarının yeni modelin sınaqlarına yaxın həftələrdə başlayacaqları gözlənilir. Qurğunun satışa çıxarılma vaxtı barədə məlumat verilmir.
 
Xatırladaq ki, “Huawei” şirkəti də beşinci nəsil mobil rabitə şəbəkəsində işləyən smartfonların buraxılışı ilə bağlı planlarını açıqlayıb.  
 
Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
 
Yeni standartın əsas vəzifələrindən biri “Əşyalar interneti” texnologiyasının hər yerdə yayılması və istifadəçinin virtual və əlavə reallıqdan istifadə imkanı ilə təmin edilməsidir. Həmçinin qoşulan qurğuların elektrik enerjisini az sərf etməsi vacib prioritet olacaq. 2021-ci ildə “5G” şəbəkəsinə qoşulan qurğuların sayının 150 milyona çatacağı gözlənilir. Bu isə o deməkdir ki, yeni standart əvvəlki nəsil rabitə standartlarından daha dinamik inkişaf edəcək.
 
Bundan başqa, müasir kommunikasiyanın bir neçə problemini həll edəcək “5G” insanların kütləvi toplaşdığı yerlərdə internetdən sürətli və fasiləsiz istifadəni təmin edəcək, eləcə də avtomobilləri “ağıllı” idarəetmə şəbəkəsində birləşdirəcək. Həmçinin standart media fayllarından istifadəni yaxşılaşdıraraq yeni təsvir formatları ilə işləməyə, istənilən qoşulmuş texnikanı məsafədən idarə etməyə imkan verəcək.
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL