waplog

Daha bir şirkət kredit rəsmiləşdirməsini “Elektron hökumət” portalı üzərindən reallaşdırmağa başlayıb


Artıq “Emsa Baku” MMC şirkətinin “Madame Coco” və “Dekoria” mağazalarının müştəriləri də “Elektron hökumət" portalı vasitəsilə təqdim olunan elektron arayışlardan istifadə edərək rahatlıqla istədikləri məhsulu kreditlə ala biləcəklər.
 
Xidmət “Emsa Baku” MMC şirkətinin bütün filiallarında tətbiq olunur.
 
Hazırda "Elektron hökumət" portalı tərəfindən vətəndaşlara 18 arayış təqdim olunur.
 
Xatırladaq ki, "Elektron hökumət" portalının vətəndaşlara göstərdiyi bu xidmətdən 30-a qədər bank, kredit təşkilatları və ticarət obyektləri yararlanır.
 
Elektron arayış müxtəlif dövlət orqanlarının elektron informasiya ehtiyatları əsasında hazırlanmış elektron sənəddir. Elektron arayışlar kredit sistemindən istifadə zamanı vaxt itkisinin qarşısını almaqla vətəndaşın rahatlığını təmin edir. Xidmətin digər üstünlüyü vətəndaşın işlədiyi müəssisədən arayış alma zərurətinin aradan qaldırılmasıdır.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL