waplog

“Google Pixel C” planşeti satışdan çıxarılıb


“Google” şirkəti “Google Pixel C” hibrid planşet kompüterinin satışını dayandırıb. Artıq qurğu “Google Store” onlayn mağazasında satışdan çıxarılıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, indi “Pixel C” səhifəsinin ünvanı “Pixelbook” qurğusuna yönəldilməklə “Google” şirkətinin noutbuklara diqqət yetirməyə başlamasını sübut edir.
 
Xatırladaq ki, 2015-ci ilin dekabrında satışa çıxarılan “Google Pixel C” planşetinin 32 giqabaytlıq baza modelinin qiyməti 499 dollar, 64 giqabaytlıq versiyasının isə 599 dollar təşkil edib. Planşetə ayrıca qapalı vəziyyətdə birləşdirici stansiya və enerji doldurma imkanına malik 149 dollarlıq “ağıllı” klaviatura təklif olunub.  
 
10,2 düym diaqonallı ekranla təchiz edilən qurğu “Android 6.0 Marshmallow” əməliyyat sisteminin idarəetməsi ilə işləyib.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL