waplog

Balakəndə yeni ATS istifadəyə verilib


Balakənin ən ucqar kəndlərindən olan Yeni Şərifdə yeni elektron Avtomat Telefon Stansiyası istifadəyə verilib. Balakən TKQ-dan verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində əvvəllər mövcud olan ATS indi daha müasir texnologiyalarla əvəzlənib.

Belə ki, yeni quraşdırılmış avadanlıqlar nəticəsində abonentlərin sayı daha 128 nəfər artacaq. Hazırda idarənin əməkdaşları Balakən-Qabaqçöl istiqamətindəki xətlərdə təmir-bərpa işləri aparmaqla yanaşı, mənzillərə xətlərin çəkilişini həyata keçirir.

İlkin olaraq 30 abonentə xətlərin çəkilməsi təmin olunub. Qeyd edək ki, tədricən paytaxtla yanaşı, regionlarda da NGN texnologiyaları stansiyaların tətbiqinin genişləndirilməsi nəzərdə tutulub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL