waplog

8K təsvir ölçüsünə malik ilk 88 düymlük OLED ekran təqdim edilib


“LG” şirkəti Las-Veqasda keçiriləcək ənənəvi “CES” illik sərgisində 8K təsvir ölçüsü və OLED displeyə malik dünyada ilk 88 düymlük televizor təqdim etməyə hazırlaşır.

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, Cənubi Koreya şirkətinin nümayəndələrinin sözlərinə görə, OLED texnologiyası işıqlandırma ilə təchiz edilmiş maye kristal panellərlə müqayisədə aşağı enerji sərfiyyatı zamanı parlaqlığı azaltmadan ultrayüksək təsvir ölçüsünə (7680 x 4320) malik görüntü təmin edir. OLED panellərdə işıqlandırma texnologiyasına ehtiyac olmadığından çox nazik hazırlana bilərlər. Yeni televizorun ekranı 33 milyon pikseldən ibarətdir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL