waplog

Növbəti ildən astronavtların Beynəlxalq Kosmik Stansiyaya göndərilməsinə başlanılacaq


“Boeing” və “SpaceX” aerokosmik şirkətləri 2019-cu ildən etibarən astronavtların Beynəlxalq Kosmik Stansiyaya çatdırılmasına başlamağı planlaşdırır. 2019-2024-cü illərdə Beynəlxalq Kosmik Stansiyaya ümumilikdə 6 pilotlu uçuşun edilməsi nəzərdə tutulur. Bu barədə ABŞ Kosmik Agentliyinin (NASA) bloqunda deyilir.  

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, agentliyin bəyanatına görə, özəl kosmik gəmilərin ilk sınaqlarına 2018-ci ildə başlanılacaq. Şirkətlər tərəfindən Floridanın kosmik meydançalarında texnologiyaların testləri planlaşdırılır. Kennedi adına Kosmik Mərkəz və ABŞ Hərbi Hava Qüvvələrinin Kanaveral kosmodromunda yerləşən bazası da sınaqlara cəlb olunacaq.

Məlumata görə, sınaqlarda üstünlüyün kosmik gəmilərin təhlükəsizliyinə verilməsi səbəbindən cari il ərzində “NASA” mütəxəssisləri və “Boeing” və “SpaceX” mühəndisləri kosmik sistemlərin yoxlanışı və onların beynəlxalq tələblərə uyğunluğu ilə məşğul olacaqlar. “Boeing” və “SpaceX” texnologiyalarının özəl pilotlu uçuşlar üçün sertifikatların alınması məhz bu yoxlanışların nəticəsindən asılı olacaq.

Bildirilir ki, “Boeing” ilin sonunadək kosmik gəminin mühərrik, paraşüt və əsas sistemlərini sınaqdan keçirməyi planlaşdırır. “SpaceX” isə altı “Crew Dragon” gəmisinin yaradılması və astronavtlar üçün innovativ kosmik skafandırın hazırlanması ilə məşğuldur. Bundan başqa, “Draco” və “SuperDraco” mühərrikləri üzərində işlər aparılır.

“SpaceX” Beynəlxalq Kosmik Stansiyaya ilk pilotlu nümayiş uçuşunu 2018-ci ilin ikinci rübündə həyata keçirməyi planlaşdırır.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL