waplog

“Ağıllı” “Xiaomi” termometri hamilə qalmağa kömək edəcək


Çinin “Xiaomi” şirkəti qadınlar üçün nəzərdə tutulan yeni məhsul təqdim edib. “Xiaomi Smart Female Thermometer” adlanan qurğu hamilə qalmağa kömək edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, yeni qurğuda temperaturun ölçülməsində səhv 0,05 °С təşkil edir. Bundan sonra qadınlar mayalanma üçün optimal vaxtı müəyyənləşdirə biləcəklər.

Məlumata görə, “Xiaomi Smart Female Thermometer” ovulyasiya zamanı temperaturun ölçülməsi üçün nəzərdə tutulub. Həkimlər tərəfindən termometrin uşağın mayalanması üçün optimal vaxtın sürətli və dəqiq təyini üçün əhəmiyyətə malik olması qeyd olunur. Qurğu ABŞ-ın “Texas Instruments” şirkətinin prosessoru ilə təchiz edilib.

Yanvarın 31-dən etibarən satışa çıxarılacaq “ağıllı” termometrin qiyməti 20 dollara bərabər olacaq.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL