waplog

“Alcatel 3C” smartfonu rəsmən təqdim olunub


Çinin “Alcatel” brendli smartfonların istehsalı ilə məşğul olan “TCL Communication” şirkəti İtaliyada “Alcatel 3C” smartfonunu təqdim edib. Qiyməti 130 avro təşkil edən smartfon Avropada ən ucuz çərçivəsiz smartfonlardan biri hesab edilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, “Alcatel 3C” “HD+” (720 x 1440 piksel) təsvir ölçülü 6 düym diaqonallı “IPS” ekran, arxa paneldə barmaq izi skaneri, 5 meqapikselli ön və 8 meqapikselli əsas kameralarla təchiz edilib. Qurğunun aparat əsasını dördnüvəli “MediaTek MT8321” prosessoru, 1 giqabaytlıq operativ və “microSD” formatlı yaddaş kartları ilə 128 giqabayt tutumadək genişləndirmə imkanına malik 16 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Akkumulyator tutumu 3 min milliamper/saata bərabərdir.

Bundan başqa, iki SİM kartdan istifadə, “HSPA+” (LTE deyil), “Wi-Fi” (802.11 b/g/n), “Bluetooth 4.2”, “GPS” dəstəklənir. Ölçüsü 161 x 76 x 7,9 mm təşkil edən smartfon “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. 

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL