waplog

Dünyada ən populyar smartfon bəlli olub


2017-ci ilin dördüncü rübünün yekununa görə, “iPhone X” dünyada ən çox satılan smartfon olub. “Apple” şirkəti sonuncu rübdə 29 milyon adı çəkilən smartfon tədarük edib. Bu haqda “Canalys” analitik şirkəti məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, "Apple noyabrın əvvəlində tədarüklə bağlı problem yaşasa da, amma noyabrın sonu və dekabrda böyük istehsal artımına nail olub. Bu, şirkətə rübün sonuna yaxın bazar tələbatını təmin etməyə və hətta yüksəltməyə kömək edib" – analitik Ben Stenton deyib.

Bahalı “iPhone X” smartfonunun yüksək populyarlığı iki amillə əsaslandırılır: kreditlərə asan müraciət və köhnə qurğuların dəyişdirilməsi proqramları. Belə ki, köhnə “iPhone” qurğusunun sahibi öz qurğusunu “Apple” şirkətinə təhvil verərək yeni qurğu üçün endirim əldə etmək imkanına malikdir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL