waplog

“Microsoft” korporasiyası “Windows Phone” əməliyyat sisteminin fəaliyyətini dayandırdı


“Windows Insider” proqramının baş meneceri Brendon Leblan bildirib ki, korporasiya “Windows 10 Mobile” sisteminin sınaq versiyalarını çıxarmağı planlaşdırmır. Bu o deməkdir ki, sözügedən əməliyyat sistemi daha yenilənməyəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “Windows 10 Creators Update”in çıxarılmasından sonra “Windows 10” sistemi ilə işləyən yeni qurğuların buraxılışının dayandırılması haqda məlumat verilmişdi. Bu, sözügedən sistemin bazar payının aşağı olması, həm də müstəqil proqramçılar tərəfindən zəif dəstəklə izah edilmişdi. Lakin sistemin sınaq versiyaları üzərində işlər gedirdi: sistemin 1709 adlı son versiyası 5 yanvar 2018-ci il tarixində çıxarılıb.

“Windows 10 Mobile” sisteminin son versiyası 10 dekabr 2019-cu il tarixinədək dəstəklənəcək. Müvafiq olaraq boşluqları aradan qaldıran təhlükəsizlik paketləri çıxarılacaq. Ancaq artıq sistem inkişaf etdirilməyəcək.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL