waplog

Bu brauzer informasiya axtarışına yanaşmanı dəyişdirir


“Google Play” və “App Store” proqram mağazalarında internetdə axtarışa tamamilə yeni yanaşma təklif edən “Cake Browser” adlı mobil brauzer peyda olub. “Cake Browser” mobil brauzerinin özəlliyi ondan ibarətdir ki, istifadəçilər bu brauzerdə ənənəvi istinadlar siyahısı görməyəcəklər.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, "2018-ci ildə mobil veb-sörfinq əvvəlki kimi 1990-cı illərin sonlarında fərdi kompüterlərdə internetdə informasiya axtarışını xatırladır. Bunu dəyişmək vaxtı gəlib çatıb. Biz internetə yüksəksürətli qoşulmadan və sensor ekranlı mobil qurğulardan tam istifadə etmək üçün bu brauzeri yaratmışıq" – “Cake Browser”in yaradıcıları deyiblər.

“Cake Browser” brauzerinin əsas özəlliyi odur ki, istifadəçi tərəfindən sorğu edilmiş mövzu üzrə müxtəlif saytlara yönləndirən istinadların siyahısını deyil, dərhal lazımi məzmunu tapmağa imkan verir. Məsələn, mətn informasiyası tələb olunduğu halda brauzer lazımi mövzudan ibarət saytı açacaq, əgər həmin saytda lazımi informasiya olmasa, onda, sadəcə, növbəti informasiyaya keçmək olar.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL