waplog

20 il ərzində Azərbaycanın İKT sektoruna təqribən 1,8 milyard dollar sərmayə qoyulub


20 il ərzində Azərbaycanın informasiya-kommunikasiya texnolologiyaları (İKT) sektoruna 1,8 milyard dollar sərmayə qoyulub. Bununla yanaşı, son 20 il ərzində İKT sektoru üzrə gəlirlər 140 dəfə artıb.

Təkcə 2004-2010-cu illər ərzində Azərbaycanda İKT sektorunun illik inkişaf tempi 30-32 faiz təşkil edib. Bu illər ərzində respublikada informasiya texnologiyaları sahəsinin həcmi altı dəfə genişlənib, məhsulların ixrac həcmi isə beş dəfə artıb.

1991-2011-ci illər ərzində İKT sektorunun dəstəklənməsi sayəsində bazarda yeni stasionar və mobil operatorlar, İKT məhsulları istehsalçıları meydana gəlib, sağlam rəqabət mühitinin yaradılması üçün lazımi tədbirlər həyata keçirilib. Məhz buna görə son 20 il ərzində bazarda İKT üzrə özəl sektorun həcmi 80 faizə çatıb.

1991-2011-ci illər ərzində ölkədə yeni qanunverici-hüquqi sənədlər qəbul edilib, "Elektron hökumət"in qurulması və TASIM optik-lif magistralı üçün, həmçinin kosmik sənaye, təhsil və digər sahələrdə irimiqyaslı layihələrin həyata keçirilməsinə başlanıb.

Ölkədə internet istifadəçilərinin, stasionar və mobil rabitə abunəçilərinin sayı artıb. Hazırda qurumun statistikasına əsasən, Azərbaycanda internetə giriş 60 faizə çatıb, bunlardan yarısı genişzolaqlı internet istifadəçiləridir. Bu isə orta dünya göstəricisindən 2,5 dəfə çoxdur.

Hazırda Azərbaycanda daxil olma trafikinin həcmi saniyədə 40 Gbit təşkil edir. Bu isə ölkəyə imkan verir ki, İran və Gürcüstan kimi dövlətlərə internet ixracatçısı rolunda çıxış etsin.

Mobil rabitə sahəsində ölkədə 9,629 milyon abunəçi qeydə alınıb. Bu 105 faizlik daxilolma səviyyəsindən xəbər verir. Bu göstərici ilə Azərbaycan hazırda orta dünya göstəricisini 30 faiz üstələyir. Ölkədə üçüncü nəsil (3G) rabitə standartları tətbiq edilir.

Bu gün "Elektron Azərbaycan" dövlət proqramından savayı, ölkədə paralel olaraq İKT-də təqribən 20 iri layihə həyata keçirilir. Ölkədə elektron-rəqəmsal imzaların verilməsi mərkəzi işə salınıb, orta təhsil müəssisələrinin kompyuterləşdirilməsi həyata keçirilir.

Azərbaycan postsovet məkanında ümumi istifadədə olan telefon şəbəkəsini tamamilə elektron varianta keçirən ilk ölkə olub. Poçt sahəsində maliyyə xidmətlərinin də tətbiqinə başlanılması çox əhəmiyyətlidir. Hazırda qlobal miqyaslı layihələrdən biri rəqəmsal televiziyaya keçiddir. Bunun 2013-cü ildə baş tutması gözlənilir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL