waplog

“Samsung Galaxy S8” smartfonu üçün “Android 8 Oreo” sisteminin buraxılışı yenidən təxirə salınıb


Qabaqcıl “Samsung Galaxy S8” smartfonu “Android 8 Oreo” əməliyyat sistemi ilə fevralın sonunda təchiz olunacaq. Bu barədə “SamMobile” resursu Şimali Afrika ölkələrinin oxucusuna istinadən məlumat verib.  

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, sayt oxucusunun texniki dəstək xidmətinin sorğusuna cavab olaraq bildirilib ki, model onun ölkəsində təxminən fevralın sonunda yenilənmə ilə təchiz ediləcək. Bu isə o deməkdir ki, “Samsung” və “Android” əməliyyat sistemini əvvəlcə vəd ediləndən azı bir ay sonra təqdim edəcəklər.

Əvvəlki məlumatlara görə, səkkizinci nəsil “S” smartfonları yanvarın sonunda “Oreo” sistemi ilə təchiz olunacaq. “Samsung” şirkəti tərəfindən artıq yeni əməliyyat sisteminin beta sınaqları başa çatdırılıb.

Xatırladaq ki, qabaqcıl “Galaxy S7” və “S7 Edge” modelləri “Android Nougat” sisteminin əvvəlki versiyası ilə 2017-ci ilin yanvarında təchiz edilib.

Qeyd edək ki, “Samsung” smartfonları “TouchWiz” proqram təminatlı “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Proqram təminatının mövcudluğu sistemin smartfona optimallaşdırılmasını çətinləşdirir.

“Samsung” şirkəti bir müddət əvvəl yeni “Android” versiyası ilə təchiz ediləcək smartfonların siyahısını açıqlayıb.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL