waplog

Desentralizasiya edilmiş “internet kompüteri” yaradılacaq


İsveçrənin “DFINITY” şirkətinin tərtibatçıları istifadəçi kompüterlərini vahid desentralizasiya edilmiş “bulud” platformasında birləşdirməklə onları “internet kompüteri”nə çevirməyə imkan verən açıq protokolun yaradılmasına başlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, tərtibatçılar “Amazon”, “Google” və “Microsoft” şirkətlərinin “bulud” servisləri ilə rəqabət aparmağı planlaşdırırlar. Sistemə qoşulan kompüterlər mayninq güclərini müəyyən pul müqabilində şirkətlərin tokenlərində paylaşa biləcəklər.

Tərtibatçıların sözlərinə görə, onlar interneti güclü hesablama mərkəzinə çevirə bilən sistem yaradaraq hazırladıqları açıq protokol vasitəsilə yaradılmış “DFINITY” şəbəkəsinə qoşulacaq bütün istifadəçiləri birləşdirmək istəyirlər.

Məlumata görə, bu şəkildə yaranan kompüterlər şəbəkəsi “bulud” platforması funksiyasını yerinə yetirməklə maksimum təhlükəsizliyə və rəqabətqabiliyyətli qiymətlərə zəmanət verəcək. Platforma əsasında desentralizasiya olunmuş əlavələr də yaratmaq mümkün olacaq. Bunun üçün “bulud 3.0” tərtibatçıları xüsusi alətlər dəsti yaratmağı nəzərdə tuturlar.

Tərtibatçılar tərəfindən artıq texnologiya üçün 100 milyon dollara yaxın vəsait cəlb edilib. Platformanın beta versiyasının təqdimatı bu ilin sonuna planlaşdırılır.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL