waplog

Dünyada 2 Qbit/s-dək sürətə malik ilk LTE modem təqdim edilib


“Qualcomm” şirkəti çox rejimli LTE modemlərinin 8-ci nəslini (“Snapdragon X24” çipseti) təqdim edib. İstehsalçının sözlərinə görə, bu, dünyada 2 Qbit/s-dək sürətə malik ilk LTE modem və 7 nanometrlik FinFET texnoloji prosesi ilə hazırlanmış ilk çipdir.

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, yeni texnoloji proses daha az enerji sərfiyyatı və kiçik ölçülü form-faktor təmin edir. Modem dünyada yüksək enerji effektivliyinə malik ilk 14 nm-lik radio tezlik çipi ilə təchiz edilib.

“Qualcomm Snapdragon X24” modemi 26 fevral – 1 mart tarixlərində Barselonada keçiriləcək “MWC 2018” sərgisində “Ericsson”, “Netgear” və “Tesltra” ilə əməkdaşlıq çərçivəsində iş prosesində nümayiş etdiriləcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL