waplog

“Samsung Galaxy S9” smartfonu arterial təzyiqi ölçəcək və stressi müəyyənləşdirəcək


“Samsung Galaxy S9” və “S9+”smartfonları quraşdırılmış nəbzölçən vasitəsilə istifadəçilərin arterial təzyiqini ölçəcək. Bunun üçün istehsalçı smartfonlara Kaliforniya Universitetinin tədqiqatçılarının köməyi ilə “Samsung Electronics” şirkətinin mütəxəssisləri tərəfindən yaradılan eksperimental “My BP Lab” əlavəsini quraşdırır.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, “My BP Lab” proqramının fəaliyyəti smartfonun arxa panelində yerləşən yeni nəsil optik sensorla, eləcə də xüsusi alqoritmlərlə təmin edilir. “My BP Lab” əlavəsinin yaradılmasında “Apple Watch” saatı üçün “Cardiogam” proqramının əsasını təşkil edən texnologiyalardan istifadə edildiyi istisna olunmur. O, həmçinin hipertoniyanı, diabet xəstəliyinin erkən mərhələsini və yuxuda tənəffüsün dayanmasını aşkarlaya bilir.  

“My BP Lab” əlavəsindən martın 15-dən etibarən “Google Play” mağazasında, eləcə də ABŞ-a tədarük edilən bütün “Samsung Galaxy S9” və “S9+” smartfonlarında istifadə mümkün olacaq. Əlavəni quraşdıran istifadəçilərə özləri haqqında anketin doldurulması təklif edildikdən sonra üçhəftəlik eksperimentə start veriləcək. İnsan orqanizmi haqqında məlumatlar əsasında xüsusi alqoritmlər arterial təzyiqi ölçəcək, eləcə də stressin müəyyənləşdirilməsi ilə məşğul olacaqlar.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL