waplog

“Android” sistemi ilə işləyən 10 ən güclü smartfon bəlli olub


Smartfonların məhsuldarlığını yoxlayan “Antutu” xidməti “Android” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən 10 ən güclü smartfondan ibarət reytinq tərtib edib. Sözügedən reytinq şirkətin rəsmi saytında dərc olunub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “Huawei” şirkətinin “Mate” istehsal xəttinə məxsus iki smartfon (“Mate 10 Pro” və “Mate 10”) ən məhsuldar “Android” smartfonlarıdır. “Huawei Honor V10” cihazı üçüncü yeri tutub. Bildirək ki, sözügedən smartfonlarda “Huawei Kirin 970” prosessoru quraşdırılıb.
 
“Snapdragon 835” prosessoru ilə işləyən “OnePlus 5”, “OnePlus 5T”, “Nubia Z17”, “Xiaomi Mi 6” və “Xiaomi Mi MIX 2” smartfonları reytinqdə növbəti pillələri tutublar.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL