waplog

Azərbaycanda İKT xidmətlərinin həcmi 11 faiz artıb


Azərbayacanda yanvar-sentyabrda təşkilatlar və əhaliyə göstərilən informasiya və rabitə xidmətlərini həcmi 883,1 milyon manat təşkil edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 11 faiz çoxdur. Bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, ümumi həcmin 73 faizi əhaliyə göstərilən xidmətlərin payına düşür. Bununla yanaşı, əldə edilən gəlirlərin 62,5 faizi mobil rabitə xidmətlərinin payına düşür. Bu göstərici ötən ilə nisbətdə 3,4 faiz artaraq 551,8 milyon manat təşkil edib.

Dövlət Komitəsi ölkədə informasiya-kommunikasıya avadanlıqları istehsalının artım tempini də qeyd edir. Belə ki, doqquz ayın yekunlarına əsasən, Azərbaycanda 118,7 milyon manat dəyərində kompüter, elektron, optik və elektrik avadanlıqları istehsal edilib.

Elektrik avadanlıqlarının istehsalında 4,1 faiz artım qeydə alınıb. Bundan savayı, güc transfarmatorlarının istehsalı sahəsində isə artım 18,1 faiz olub. Doqquz ayın yekunlarına əsasən, ölkədə televizor istehsalı 2,1 dəfə artıb.

Oktyabrın 1-nə olan məlumata əsasən, anbarlarda 9,4 milyon manat dəyərində hazır məhsul olub. Bu isə sənaye müəssisələri məhsullarının ümümi həcminin 3,3 faizini təşkil edib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL