waplog

“Vivo” açılıb-bağlanan kameraya malik çərçivəsiz smartfonunu təqdim edib


Çinin "Vivo" şirkəti çərçivəsiz "Apex" smartfonunu rəsmən təqdim edib. Bu aparatın əsas özəlliyi açılıb-bağlanan ön kamerasıdır.

Smartfon ön paneldəki səthin 91%-ni tutan 5,99 düymlük OLED displey ilə təchiz edilib. Bu halda "Vivo Apex" cihazının alt çərçivəsinin qalınlığı 4,3 mm təşkil edir. Smartfon "Qualcomm Snapdragon 845" qabaqcıl prosessoru ilə işləyir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən yazır ki, "Half-Screen In-Display Fingerprint Scanning" texnologiyasını dəstəkləyən daxili barmaq izləri skaneri ekranın alt hissəsində yerləşdirilib.
 
Smartfonun 8 meqapiksellik təsvir ölçüsünə malik açılıb-bağlanan kamerası qurğunun yuxarı hissəsində yerləşdirilib və bir saniyədən az müddətdə açılır. Çəkilişdən sonra sensor öz yerinə geri qayıdır. Bu, "Apex" smartfonunun yaradıcılarına ön paneldə yerə qənaət etməyə və ekranın sahəsini artırmağa imkan verib.
 
Çin şirkəti martın ortalarında qeyri-adi smartfonun istehsalına başlamağı planlaşdırır. Lakin qurğunun çıxarılma müddəti və təxmini qiyməti haqda məlumat açıqlanmayıb.
 
 
Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL