waplog

20 nanometrlik çiplər istehsal ediləcək


Britaniyanın “ARM” şirkəti və Tayvanın “TSMC” müqavilə istehsalçısı “Cortex-A15” ailəsinin 20 nanometr texnologiya ilə hazırlanan prosessorlarının test istehsalının hazırlığı üzrə işləri bitiriblər.

“Cortex-A15 Mpcore” arxitekturası 1-dən 16-ya qədər nüvəyə malik olacaq. Takt tezliyi 1 – 2.5 QHz arasında dəyişilə bilər. Yeni nəsil prosessorları 1 QHz takt tezlikli “Cortex-A8” çipləri ilə müqayisədə məhsuldarlığın 5 qat artımını təmin edəcəklər.

Yaxın aylar ərzində 20 nanometr texnologiya ilə hazırlanan “Cortex-A15” çipləri hərtərəfli yoxlamaya məruz qalacaq. Kütləvi çıxarılış, ehtimal ki, 2012-ci ildə baş tutacaq.

İstehsalçılar əvvəlcə 2 nüvəli “Cortex-A15” çipləri ilə olan smartfon və planşetlər təklif edəcəklər. Sonra 4 nüvəli çiplər istifadə olunacaq. Yeni nəsil prosessorlarının yalnız mobil qurğularda deyil, həm də server, həmçinin şəbəkə avadanlığında tətbiq olunacağı güman edilir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL