waplog

5G smartfonlar bazarında sürətli inkişaf dövrü nə vaxt başlanacaq?


“Strategy Analytics” şirkəti beşinci nəsil (5G) mobil şəbəkəsini dəstəkləyən qlobal smartfonlar bazarının inkişafı ilə bağlı öz proqnozunu verib.
 
Gözlənildiyi kimi, ilk kommersiya tipli 5G aparatlar cari ilin sonunda və ya gələn ilin əvvəlində təqdim ediləcək. “Huawei” və “ZTE” şirkətləri belə qurğular layihələşdirirlər.
 
“ICTnews” Elektron Xəbər Xidməti igate.com.ua saytına istinadən yazır ki, amma “Strategy Analytics”in ekspertləri hesab edirlər ki, 5G dəstəkli smartfonlar bazarında yüksək inkişaf yalnız 2020-ci ildən sonra mümkün olacaq. Bu onunla izah edilir ki, ilk vaxtlar 5G şəbəkəsi az sayda abunəçi üçün əlçatan olacaq. Bundan başqa beşinci nəsil xidmətlərini dəstəkləyən aparatların seçimi məhdud, qiymətləri isə çox yüksək olacaq.
 
İlk vaxtlar 5G-smartfonlar Çin, Yaponiya, Cənubi Koreya və ABŞ-da təklif ediləcək. Bundan sonra başqa regionlarda da əlçatan olacaq.
 
Analitik şirkətin qiymətləndirməsinə görə, yeni nəsil aparatlar bazarının inkişafı təxminən 2021-ci ildə başlanacaq. O vaxt 5G-smartfonların satış həcmi "ağıllı" telefonların tədarük həcminin təxminən 5%-ni təşkil edəcək.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL