waplog

“Ağıllı” geyim bazarında yüksək inkişaf gözlənilir


"Juniper Research"in analitikləri yaxın gələcəkdə "ağıllı" geyim bazarının daşınan elektronikanın ən sürətli inkişaf seqmenti olacağı qənaətindədirlər.
 
"ICTnews" Elektron Xəbər Xidməti igate.com.ua saytına istinadən yazır ki, araşdırma nəticəsində məlum olub ki, indi istifadəçiləri "ağıllı" saat və fitnes trekerlər deyil, digər daşınan elektronika qurğuları (məsələn, "internetə qoşulmuş" geyim, həmçinin "ağıllı" eynək ) maraqlandırır.
 
Məlumata görə, növbəti 2 ildə "ağıllı" geyim bazarında "CAGR" (orta illik artım sürətinin faizlə ifadəsi) göstəricisi 102% təşkil edəcək. Nəticədə 2020-ci ilədək bu sektorda 1 milyard dollar məbləğində gəlir əldə ediləcək.
 
"Ağıllı" geyim dedikdə elektron komponentlərdən ibarət məhsullar nəzərdə tutulur. Velosipedçilər üçün "Levi's Commuter Trucker Jacket" gödəkcəsini buna nümunə göstərmək olar. Sözügedən gödəkçənin qoluna tikilmiş xüsusi sensorlar massivi nəticəsində jestlər geyimin üzərindən tanınır. İstifadəçilər multimedia pleyerini idarə edə, telefon çağırışlarını cavablandıra, bildirişləri qəbul edə və başqa əməliyyatlar yerinə yetirə bilərlər. "Bluetooth" simsiz texnologiyasının köməyi ilə gödəkcə və smartfon arasında əlaqə yaradılır.
 
Emil Hüseynov





NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL