waplog

“Google” şirkəti “Goo.gl” xidmətinin fəaliyyətini dayandırır


“Google” şirkəti URL ünvanların qısaldılması üzrə “goo.gl” xidmətinin fəaliyyətinə son verəcəyini elan edib. Hazırda sözügedən xidmət aktivdir, ancaq 18 apreldən etibarən yalnız qeydiyyatdan keçmiş istifadəçilər “goo.gl” hesabının konsolu vasitəsilə URL ünvanları qısalda biləcəklər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, qeydiyyatdan keçmiş istifadəçilər 30 aprel 2019-cu ilədək URL təhlillə bağlı məlumatlara baxa və qısa linklər haqda informasiyanı CSV formatında yükləyə bilərlər.
 
Proqramçılar 30 may 2018-ci ilədək “goo.gl” servisinin API-nə abunə ola və 30 mart 2019-cu ilədək API-dən istifadə edə bilərlər.

Şirkət rəsmilərinin sözlərinə görə, “goo.gl” tərəfindən yaradılmış mövcud qısa linklər xidmət bağlandıqdan sonra belə yönləndiriləcək. “Google” şirkəti “Firebase Dynamic Links” (FDL) xidmətindən istifadəyə dair qərar verib.
 
"FDL xidməti mövcud və potensial istifadəçiləri “iOS”, “Android” və ya veb proqramda istənilən yerə yönləndirməyə imkan verən bir həldir. Biz “URL Shortener” alət ilə fəxr edirik. Amma biz gələcəyə doğru irəliləyirik və “Firebase Dynamic Links”in imkanları xoşumuza gəlir" –  “Google”un nümayəndəsi bəyan edib.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL