waplog

“NASA” Marsa robot arılar göndərəcək


ABŞ Kosmik Agentliyi (NASA) Marsa qanadlarla təchiz edilən robot kəşfiyyatçılar göndərməyi planlaşdırır. Onlar "Mars arıları" adlanır və Qırmızı planetdə atmosfer təzyiqi haqqında məlumatların əldə olunması və reqolit nümunələrinin götürülməsi üçün nəzərdə tutulur.

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, "Mars arıları"nın digər adı qanad yelləyən aerokosmik konstruksiyadır (flapping wing aerospace architectures). Mütəxəssislər güman edir ki, robotlar qrup şəklində fəaliyyət göstərəcək və enerji toplamaq üçün mütəmadi səyyar bazaya – kosmik aparata qayıdacaqlar. Hazırda mütəxəssislər layihənin texniki baxımdan həyata keçirilməsi üzərində çalışırlar. Məsələn, onlar Mars atmosferində uçan robotların aerodinamikasını öyrənmək məqsədilə vakuum-kameradan istifadəni planlaşdırırlar.
 
Mütəxəssislərin sözlərinə görə, ilkin tədqiqatlardan məlum olub ki, cırcırama qanadlarına malik eşşəkarısını imitasiya edən aparat uçuş üçün lazımi qaldırıcı güc yaradacaq. Bununla yanaşı, mütəxəssislər qanad dayaqlarında yaylar quraşdırmaqla enerji sərfiyyatını minimallaşdırmağa hazırlaşırlar. Bundan başqa, robotlardan biri yerə düşəndə, digəri onu qaldıraraq bazaya gətirə biləcək.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL