waplog

Yeni sualtı “Google” kabeli bir sıra regionların bazarlarını birləşdirəcək


“Google” şirkəti Yaponiya-Quam-Avstraliya sualtı kabel sisteminin (Japan-Guam-Australia (JGA) Cable System) çəkilməsi üzrə yeni layihə hazırlayıb.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, sualtı kabel Tokio və Oska şəhərlərini Quam adası, Quamı isə Sidney şəhəri ilə birləşdirəcək. Ümumi uzunluğu təxminən 9656 km təşkil edəcək kabelin tikintisinin 2019-cu ildə başa çatdırılması nəzərdə tutulur.
 
Məlumata görə, “Google” şirkəti kabel sisteminin Quamı Sidneylə birləşdirən cənub seqmentini maliyyələşdirəcək. Layihədə, həmçinin Avstraliyanın “AARNet” provayderi və “RTI-C” sualtı kabel istehsalçısı iştirak edir.
 
Bildirilir ki, sualtı kabel xətti Asiya və Avstraliyanın “Google Cloud Platform” servislərinin istifadə olunduğu beş regionu, o cümlədən Mumbay, Sinqapur, Tayvan, Tokio və Sidney ilə keyfiyyətli rabitə əlaqəsini təmin edəcək.  
 
Yeni sualtı kabel “Google” “şəbəkə ailəsini” yaratmaq üçün digər 3 kabelə birləşəcək. Şəbəkəyə Pert, Sidney və Sinqapuru Cakarta ilə birləşdirən “Indigo”, Honkonqu Quamla birləşdirən “HK-G” və Yaponiyanı Çin, Honkonq, Filippin, Bruney, Tailand və Sinqapurla birləşdirən “SJC” kabelləri daxil olacaq.
 
Bundan başqa, “Google” 2019-cu ildə ABŞ və Cənubi Amerikada “Cloud” platformasının yayılması üçün iki kabel xəttinin tikintisini planlaşdırır.
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL