waplog

“FlyJacket” sistemi dronu ekzoskelet vasitəsilə idarə edir


İsveçrənin Lozanna Federal Politexnik Məktəbinin mütəxəssisləri pilotsuz uçan aparatın ekzoskelet vasitəsilə idarə edilməsi üçün “FlyJacket” adlı sistem hazırlayıblar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, sistemlə iş üçün istifadəçinin virtual reallıq kaskası və insanın hərəkətlərini dronun hərəkətləri ilə sinxronlaşdırmağa imkan verən bədənin yuxarı hissəsi üçün yumşaq ekzoskelet geyməsi tələb olunur.  

Bildirilir ki, istifadəçi əllərini qanadlar kimi açaraq bədəni döndərməklə və ya əyməklə dronun uçuşunu idarə edir. Bu halda istifadəçi aparatın uçuşunu virtual reallıq kaskası vasitəsilə müşahidə edə bilər.

Məlumata görə, sistem yalnız hərəkətsiz qanadlara malik dronlarla işləyir. Ekzoskelet istifadəçinin uçuş zamanı yorulmamasına görə əllər üçün dayaqlarla təchiz edilib. Tərtibatçıların sözlərinə görə, belə dron idarəetmə sistemi (ekzoskelet vasitəsilə) ənənəvi kontrollerlə müqayisədə daha intuitiv və effektivdir.

Tədqiqatçıların fikrincə, layihə kommersiya potensialına malikdir. Layihə müəllifi Karin Ronon bildirib ki, ekzoskeletin hazırlanması zamanı mütəxəssislər məhsulun qiymətinin əlverişli olması üçün ucuz material və texnologiyalardan istifadə etməyə çalışıblar. Tədqiqatçının sözlərinə görə, bundan başqa, kostyumun ölçüsü çox kiçikdir və onu, məsələn, çantaya yerləşdirmək mümkündür.

Mütəxəssislər tərəfindən texnologiyanın inkişaf etdirilməsi nəzərdə tutulur. Belə ki, onlar çoxsaylı funksiyaların tətbiqi, məsələn, ekzoskeletin köməyi ilə dronun uçuş sürətinin idarə olunması üzərində çalışırlar.

Nizam Nuriyev
 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL