waplog

Sinqapur mühəndisləri robotlara stul yığmağı öyrədiblər


Sinqapur Nanyan Texnologiya Universitetindən olan mühəndislər qrupu iki sənaye robotuna “IKEA” mağazasından olan stulu yığmağı öyrədiblər.

“ICTnews” Elektron Xəbər Xidməti hitech.newsru.ru saytına istinadən yazır ki, mühəndislər daha əvvəl yaradılmış sistemi xeyli təkmilləşdiriblər ki, bu da iki robot-manipulyatora hazır elementlər dəstindən stul yığmağa imkan verib. Sistem, həmçinin 3D kamera ilə təchiz edilib və bu, manipulyatorlara stulun detallarını görməyə və öz hərəkətlərini sinxronlaşdırmağa imkan verir.

“YouTube” videohostinqində dərc edilmiş videoçarxa əsasən söyləmək olar ki, robotlar stulun quraşdırılmasına 20 dəqiqədən bir qədər çox vaxt sərf ediblər.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL