waplog

İlk “8К” "Sharp" televizorunun qiyməti məlum olub


"Sharp" şirkətinin ötən ilin sentyabrında Almaniyada keçirilən "IFA 2017" sərgisində ictimaiyyətə təqdim etdiyi "8К" formatlı dünyanın ilk televizoru satışa çıxarılır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Rambler" resursuna istinadən yazır ki, satışına bu həftə başlanacaq "Sharp LV-70X500E" modelinin Avropada qiyməti 11199  avro olacaq.
 
Məlumata görə, 33,2 milyon pikseldən ibarət matrisa ilə təchiz edilən yeni televizorun ölçüsü diaqonal üzrə 70 düym təşkil edir. Ekranın təsvir ölçüsü 7680×4320 pikselə, maksimal parlaqlıq isə 1000 kd/m2 işıq parlaqlığına bərabərdir. Bundan başqa, "HDR" texnologiyası dəstəklənir. BT2020 rəng qamması 86 faiz təşkil edir. Həmçinin televizora "HDMI", "D-sub 2K" və "USB" çıxışları, eləcə də 32 vatt gücündə 2,1 formatlı akustik sistem quraşdırılıb.
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL