waplog

Uşaqlar üçün “Junior” smartfonu və planşeti təqdim edilib


“Archos” şirkəti azyaşlı istifadəçilər üçün “Junior” qurğular seriyasını təqdim edib. Bu seriyaya yaşı 3-dən yuxarı uşaqlar üçün “Junior Tab” planşeti və 7-dən yuxarı uşaqlar üçün “Junior Phone” smartfonu daxildir.

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, istehsalçının məlumatına görə, təqdim edilmiş qurğularda aparat konfiqurasiyası optimallaşdırılıb və xüsusi proqramlar quraşdırılıb: valideyn nəzarəti vasitələri və “Qustodio”dan veb səhifələrin filtri (1 il ödənişsiz), axtarış sistemi, dil, elm və incəsənətin sirlərinə yiyələnmək üçün proqramlar, musiqi dinləmək, video izləmək üçün proqram təminatı, proqramlaşdırma vasitələri.

“Archos Junior Tab” smartfonu 854x480 piksel təsvir ölçülü 5 düymlük ekran, 8 və 2 meqapiksellik kameralar, 1,2 QHs takt tezlikli 4 nüvəli prosessor, 1 QB-lıq əməli yaddaş və 8 QB-lıq daxili fləş yaddaş (“microSD” kartları ilə yaddaşın tutumunu artırmaq mümkündür), 2000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

Planşet 1024x600 piksel təsvir ölçülü 10,1 düymlük ekran, 0,3 və 2 meqapiksellik kameralar, 1,3 QHs takt tezlikli dördnüvəli prosessor, 1 QB-lıq əməli yaddaş və 8 QB-lıq daxili fləş yaddaş (“microSD” kartları ilə yaddaşın tutumunu artırmaq mümkündür), 4000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
Hər iki qurğu “Android 7 Nougat” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL