waplog

“AirPort” routerlərinin istehsalı dayandırılıb


“Apple” şirkəti “AirPort” istehsal xəttinə aid routerlərin istehsalını rəsmən dayandırıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti hitech.newsru.ru saytına istinadən yazır ki, şirkətin bəyanatına əsasən, satılmamış qurğuları “Apple” və onun partnyor mağazalarından satın almaq mümkün olacaq. Amma şirkət “Airport” qurğuları üçün təhlükəsizlik yeniləmələri çıxarmağa davam edəcək.
 
Qeyd edək ki, “Apple”ın bu xəbəri sürpriz olmayıb. Hələ 2016-cı ilin noyabrında “Bloomberg” agentliyi bildirmişdi ki, ABŞ şirkəti başqa qurğuların istehsalına köklənərək simsiz router hazırlayan bölməni bağlayıb. Bu ilin yanvarından “Apple” öz mağazalarında “Linksys” şirkətinin routerlərini satmağa başlayıb.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL