waplog

Bakcell Azərbaycanda uşaq şahmatının inkişafını dəstəkləyir


Azərbaycanın mobil operatoru Bakcell şirkəti 9-14 oktyabr tarixlərində Bakıda keçirilən uşaqlar arasında növbəti beynəlxalq şahmat turnirinə dəstək verib.

Şirkətdən verilən məlumata görə, Azərbaycan Şahmat Federasiyası və "British School" tərəfindən "Odlar Yurdu" Universitetində təşkil olunan 6-cı beynəlxalq turnirdə Azərbaycan, Polşa, Fransa, İran, Hindistan, Bolqarıstan, Gürcüstan, Türkiyə və CAR daxil olmaqla, 9 ölkədən 54 gənc şahmatçı iştirak edib. Gənc iştirakçılar iki qrupda yarışıb və hər qrup üzrə 3 nəfər iştirakçı turnirin qalibi elan edilib.

Turnirin birinci qrup oyunlarında Zaur Bayramov (Azərbaycan, I yer), Ceyhun Hüseynzadə (Azərbaycan, II yer) və Nərmin Məmmədova (Azərbaycan, III yer) qalib gəliblər.

Aysu İsmayılova (Azərbaycan, I yer), Martin Parvanov (Bolqarıstan, II yer) və Xadicə Şabanova (Azərbaycan, III yer) isə ikinci qrup üzrə oyunlarda qələbə qazanıblar.

Ailə üzvləri və yaxınları ilə daim ünsiyyət saxlaya bilmək üçün qaliblərə Bakcell tərəfindən Nokia mobil telefonları hədiyyə edilib. Böyük qürur hissi ilə qeyd edirik ki, bu geniş miqyaslı beynəlxalq turnirin altı qalibindən beşi Avropa, Asiya və Afrikanı təmsil edən layiqli oyunçularla altı gün ərzində uğurla yarışan Azərbaycan təmsilçiləridir. Bakcell tərəfindən uşaq şahmatının inkişafına dəstək şirkətin uşaqların və gənclərin intellektual inkişafına yönəldilmiş korporativ sosial məsuliyyət proqramının mühüm istiqamətidir.

2006-cı ildən başlayaraq Bakcell Azərbaycan Şahmat Federasiyası ilə birgə Azərbaycanda uşaqlar arasında on iki yerli və beynəlxalq səviyyəli şahmat turnirinin təşkilinə dəstək göstərib.

Bu cür yarışlar Azərbaycan uşaqlarına öz istedadlarını nümayiş etdirmək, doğma ölkəni təmsil etmək, beynəlxalq səviyyədə tanınmaq, eləcə də Azərbaycanı parlaq gələcəyə aparan böyük potensialın mövcudluğunu sübut etmək üçün gözəl bir fürsətdir.

Məqsədyönlü Korporativ Sosial Məsuliyyət (KSM) Proqramı vasitəsilə Bakcell şirkəti Azərbaycan uşaqlarının istedad və şəxsiyyətini inkişaf etdirməyə yönəlik müxtəlif təhsil layihələrinin inkişafını dəstəkləyir.

"Bakcell Stars" adlanan KSM proqramı çərçivəsində şirkət məktəblilər üçün "Teatr vasitəsilə sağlam həyat bacarıqları", əlilliyi olan uşaqlar üçün "İncəsənət vasitəsilə ünsiyyət", SOS Uşaq Kəndlərində "Uşaq xoru" və "Uşaq rəqs ansamblı" və eşitmə və nitq qüsurlu uşaqlar üçün "İnkişaf və iştirak üçün idman" kimi layihələri maliyyələşdirir.

Bakcell inanır ki, hər uşaq bir ulduzdur və bütün uşaqların arzuları gerçəkləşə bilər! Bakcell şirkəti və onun Korporativ Sosial Məsuliyyət Proqramı haqqında ətraflı məlumat almaq üçün www.bakcell.com səhifəsinə daxil olun və ya 555 nömrəsinə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL