waplog

“Windows” yeniləməsi dünya kompüterlərinin işində problemlər yaradıb


“Windows” əməliyyat sistemi yeniləməsinin quraşdırılması bütün dünya kompüterlərinin fəaliyyətində problemlərə səbəb olub.  

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, aprelin 30-dan başlayan “April Update” yeniləməsi müxtəlif ölkə istifadəçilərində quraşdırılmış mikrofonun söndürülməsi, çoxkanallı səsin yoxa çıxması, “Alt-Tab” klaviş birləşməsindən istifadə zamanı yubanma, paneldə kontekst menyusunun ləğvi, “mouse” kursorunun hərəkətində yubanmalar, “Edge” brauzerinin yüklənməsində problemlər ilə nəticələnib.

Həmçinin istifadəçilər inteqrasiya edilmiş kartdan istifadə zamanı ekranın təsvir ölçüsünün azalmasından və “Google Chrome” brauzerinin zəif işləməsindən şikayət edirlər.

Bir sıra problemləri funksiya quraşdırmalarında müstəqil aradan qaldırmaq mümkündür, digər problemlər üçün nasazlıqları aradan qaldıran yeni “Windows” yeniləməsi tələb olunacaq.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL