waplog

“LG” şirkəti öz smartfonlarında kritik boşluğu aradan qaldırıb


“LG” şirkəti ixtiyari kodu icra etməyə və klavişlərə sıxmanı yazmağa, hesab məlumatlarını və başqa məxfi informasiyanı oğurlamağa imkan verən iki təhlükəli boşluğu aradan qaldıran təhlükəsizlik yeniləməsi  çıxarıb.

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, boşluq istehsalçının smartfonlarının bütün müasir modellərində istifadə edilən “LG IME” virtual klaviaturası ilə bağlıdır. “Check Point” şirkətinin mütəxəssisləri sözügedən boşluq vasitəsilə “LG G4”, “G5” və “G6” qurğularına müdaxilə etməyə müvəffəq olublar. Hücum edən tərəf virtual klaviaturanın yenilənməsi prosesini manipulyasiya etmək yolu ilə yüksək imtiyaz əldə edərək ixtiyari  kodu icra edə bilər.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL