waplog

“Google Chrome” üçün təhlükəli genişlənmələr on minlərlə istifadəçinin kompüterini yoluxdurub


“Google Chrome” brauzeri üçün “Chrome Web Store” rəsmi mağazasında əlçatan olan genişlənmələr 100 mindən çox kompüteri yoluxdurub. Bu haqda “Radware” şirkətinin təhlükəsizlik mütəxəssisləri məlumat veriblər.

“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, cari ilin martında aktivləşdirilən zərərverici proqram təminatı 7 müxtəlif genişlənmədə aşkar edilib. Zərərli proqram təminatını işə salan istinadlar “Facebook” vasitəsilə yayılıb: saxta “YouTube” səhifəsinə yönləndirilən qurbanlara əlavə proqramlar quraşdırmaq təklif edilib. Qurbanın kompüterinə quraşdırılan genişlənmə bundan sonra zərərli skriptləri işə salıb və kompüteri botnetin bir hissəsinə çevirib.
Bu botnet “Facebook” və “Instagram”dan məlumatları oğurlayıb, sonra isə qurbanın dostlarına belə istinadlar göndərmək üçün informasiyadan istifadə edib. Bundan başqa, yoluxdurulmuş istifadəçilərin kompüterinə kriptomayner proqramları quraşdırılıb.

Ekspertlər bildiriblər ki, hazırda bütün təhlükəli genişlənmələr “Google Web Store” mağazasından, həmçinin yoluxdurulmuş istifadəçilərin brauzerlərindən silinib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL