waplog

10 yaşlı “iPod” player


“Apple iPod” pleyeri 10 illiyini qeyd edir. 2001-ci il oktyabr ayının 23-də Stiv Cobs pleyerin ilk versiyasını təqdim edib. Pleyerin birinci versiyası müasir “iPod”a az oxşayır. Lakin onun istehsalı ilə müasir “Apple” dövrü başlayıb.

“iPod” pleyerinin ilk versiyası 5 və ya 10 QB daxili yaddaşla satılıb və qurğunun çəkisi 185 qram olub.

Bundan başqa, pleyerin birinci versiyası USB-ni dəstəkləməyib, verilənlərin ötürülməsi yalnız fərdi kompyuterlərin əksəriyyətində olmayan və yalnız “Mac” əməliyyat sistemi üçün standart olan “FireWire” portu ilə həyata keçirilib. Bundan başqa, birinci versiya prinsip etibarilə video ilə işi dəstəkləmirdi və yalnız audiofaylları oxuya bilirdi.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL