waplog

Stiv Voznyak: “Texnologiyalara görə biz məxfiliyimizi itirmişik”


“Apple” şirkətinin həmtəsisçisi, ixtiraçı Stiv Voznyak texnoloji irəliləyişin misilsiz üstünlüklərinə baxmayaraq ümumi məxfilik itkisinə səbəb olmasını düşünür.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, onun sözlərinə görə, texnologiyalar bəşəriyyət üzərində qələbə çalıb. Müasir dünyada artıq məxfilik termini həqiqi mənasını itirib, fərdi məlumatları isə daim bu və ya digər təhlükələr təhdid edir.
 
“İnsanlar çoxdan məxfiliyi itirib. Müasir insanın şəxsi həyat sirri mövcud deyil və bu, hesab edirəm ki, sadəcə rüsvayçılıqdır. Bax budur, texnoloji nailiyyətin dəyəri”, - S.Voznyak vurğulayıb.
 
“Apple” həmtəsisçisi qeyd edib ki, o, şirkətin mühəndisi olanda vəziyyət fərqli idi. “Biz insanı texnologiyalardan üstün tuturduq, yəni, bizim daim sadiq qaldığımız başlıca prinsip istifadəçinin adi həyat yaşamağına imkan verməkdən ibarət olub”, - o əlavə edib.
 
S.Voznyakın bəyanatının “Facebook” sosial şəbəkəsi istifadəçilərinin fərdi məlumatlarının kənar strukturlara sızması ilə əlaqədar olması ehtimal edilir.
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL