waplog

Süni dəri yaradılıb


Privoljsk Tədqiqat Tibb Universitetinin həkimləri insanın dərisinin analoqunu hazırlayıblar. Süni dəri qan plazması və kollagen komponentləri əsasında hazırlanıb. İndi alimlərin ixtirası heyvanlar üzərində sınaqdan keçirilir. Məsələn, siçovullar üzərində keçirilmiş sınaq ixtiranın səmərəliyini təsdiq edib: gəmiricilərdə iltihabi proseslər azalıb və yaraların sağalması sürətlənib.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, alimlər bildiriblər ki, süni dəri yanıq yerləri və diabetik yaraların müalicə səmərəliyini yüksəltməyə imkan verəcək, həmçinin əməliyyatdan sonra dərisi zədələnmiş pasiyentlərə kömək edəcək.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL