waplog

"Stiv Cobs" kitabı satışda


Bu gün Uolter Ayzeksonun "Stiv Cobs" kitabının satışlarına başlanıb. “Amazon” onlayn mağazasında kitabın “Kindle” bukrideri üçün versiyası 12 dollar, kağız nəşri isə 17,88 dollardır.

Kitab hələ çıxmamışdan əvvəl böyük maraqla gözlənilirdi. Stiv Cobsun ölümündən sonra isə ilkin sifarişlərin sayı yüz dəfələrlə artıb. Tərcümeyi-halda 40-dan çox müsahibə təqdim edilib. Onları Uolter Ayzeksona Stiv Cobs verib.

Bəzi hissələri artıq internetdə yerləşdirilən kitaba əsasən Stiv Cobs Bil Qeytsi heç vaxt yenilikçi kimi qəbul etməyib. O iddia edib ki, “Microsoft” təsisçisinin təxəyyülü yoxdur və o, sadəcə başqalarının ideyalarını həyasızcasına oğurlayıb.

Lakin Stiv Cobs Mark Sukerberq ilə fəxr etdiyini və “Facebook” sosial şəbəkəsinə heyran oldugunu bildirib. Stiv Cobs “HP” şirkətini də xatırlayıb. Onun sözlərinə əsasən, bu, böyük korporasiya idi, lakin hal-hazırda praktik olaraq məhv edilib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL