waplog

Gələcəyin “ağıllı” robotları üçün beyin yaradılıb


Fərdi kompüterlər üçün periferiya istehsalçısı süni intellekt sahəsinə köklənib.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “Nvidia” şirkəti tərəfindən elan edilmiş “Jetson Xavier” adlı xüsusi çip gələcəyin “ağıllı” robotları üçün beyin kimi istifadə ediləcək.

“Jetson Xavier” çipinin işi 6 prosessora əsaslanacaq. Bu prosessorlar ümumilikdə saniyədə 30 trilyon əməliyyat emal edə biləcəklər. “Jetson Xavier” çipinin hazırlanması üzərində 8 min nəfər iştirak edib.
Cari ilin avqustunda çıxarılacaq çipin qiyməti 1300 dollar təşkil edəcək.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL