waplog

“Instagram” 1 saatlıq çarxlar yerləşdirməyə imkan verəcək


“Instagram” sosial şəbəkəsi öz istifadəçilərinə 1 saatlıq çarxlar yükləməyə imkan verməyi planlaşdırır. Bu haqda vəziyyətlə tanış mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) nəşri məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “yugopolis.ru” saytına istinadən yazır ki, “WSJ” nəşrinin məlumatına görə, yenilik şaquli çarxlarla bağlıdır. Amma şirkətin planları dəyişə bilər. Son bir neçə həftə ərzində “Instagram” naşir və məzmunun yaradıcıları ilə keçirdiyi bir sıra görüşlərdə öz platforması üçün uzunmüddətli video formatını müzakirə edib.

İndi “Instagram”da  yerləşdirilə bilən çarxların uzunluğu 1 dəqiqə ilə məhdudlaşdırılıb. “Stories” xidməti 15 saniyəlik bir neçə çarxın ardıcıl dərcinə imkan verir. 2016-cı ilin avqustunda istifadəyə verilmiş “Stories” xidmətindən indi hər gün 300 milyondan çox istifadəçi yararlanır.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL