waplog

28 nüvəli prosessor təqdim edilib


“Intel” şirkəti 5 QHs takt tezliyində işləyən 28 nüvəli prosessorunu nümayiş etdirib. Yeni prosessor Taybeydə keçirilmiş “Computex 2018” sərgisi çərçivəsində təqdim edilib.

“ICTnews” Elektron Xəbər  Xidməti “lenta.ru” saytına istinadən yazır ki, istehsalçı yalnız ümumi informasiya verərək prosessorun texniki xüsusiyyətlərini açıqlamayıb. Hətta prosessorda enerji sərfiyyatı məlum deyil.

Sözügedən prosessor “Cinebench” adlı məhsuldarlıq testində 7334 bal toplayıb. Bu, birprosessorlu sistemlər üçün ən yüksək göstəricidir və  yalnız bir neçə mərkəzi prosessorun quraşdırılması ilə bu göstəricini ötmək mümkündür. 2018-ci ilin sonunda satışa çıxarılacaq prosessorun qiyməti məlum deyil.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL