waplog

“Lisp” dilinin yaradıcısı Con Makkarti dünyasını dəyişib


Dünən, oktyabr ayının 24-də, “Lisp” proqramlaşdırma dilinin yaradıcısı və süni intellekt ilə bağlı müasir texnologiyaların atası Con Makkarti dünyasını dəyişib. Con Makkarti 84 yaşında idi.

1958-ci ildə Makkarti “Lisp” proqramlaşdırma dilini yaradıb və sonra “Communications of the ACM” jurnalında onun təsvirini dərc edib. Daha əvvəl, 1955-ci ildə Con Makkarti ilk olaraq "süni intellekt" terminindən istifadə edib. O, süni intellekt tədqiqatları sahəsindəki töhfələrinə görə 1971-ci ildə “Türinq” mükafatı laureatı olub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL