waplog

Növbəti “iPhone” modeli barədə təfərrüatlar məlum olub


“Apple” şirkəti yeni nəsil smartfon və planşetlərdə enerjidoldurma qurğusu və məlumatların ötürülməsi üçün konnektoru dəyişdirməyi planlaşdırır. Bu haqda avadanlıq tədarükçülərinə istinadən “Digitimes” portalı məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, mənbələrin məlumatına görə, istehsalçılar yeni “iPhone” modelində indi istifadə edilən “Lightning” konnektorunu “USB-C” portu ilə əvəz etməyi planlaşdırırlar. Smartfon 2019-cu ildə təqdim ediləcək.

Korporasiya artıq “MacBook” kompüterlərini “USB-C” konnektoru ilə təchiz edib. Bu addım şirkətin satışına mənfi təsir göstərib.

Bununla belə “Apple” şirkətinin yeni məhsullarının “USB-C” portu ilə təchizi enerjidoldurma qurğularının unifikasiyası prosesini sürətləndirəcək.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL