waplog

“Apple” şirkəti “MacBook Pro” noutbukları xəttini yeniləyib


“Apple” şirkəti “MacBook Pro” xəttinə daxil olan noutbukların xüsusiyyətlərini yaxşılaşdırıb.

“MacBook Pro” noutbukları güclü prosessorlar ilə təchiz edilib. 13.3 düym diaqonal ekranla olan modellər artıq 2,4 və 2,8 QHz takt tezlikli (əvvəl 2,3 və 2,7 QHz olub) və 2 nüvəli “İntel Core i5 və i7” prosessorları ilə təchiz ediliblər. 15,4 və 17 düym ekranla olan modellər isə 2,2 və 2,4 QHz takt tezlikli (əvvəl 2,0 və 2,2 QHz olub) və 4 nüvəli “İntel Core i7” prosessorları ilə təchiz edilib. 13,3 düym ekranla olan “MacBook Pro” modellərində, həmçinin sərt diskin tutumu artırılıb.

15,4 və 17 düym ekranla olan modellərdə inteqrasiya edilmiş “İntel HD” qrafikasından əlavə “AMD Radeon HD 6750M” və “AMD Radeon HD 6770M” diskret videokartları tətbiq edilir. “MacBook Pro” noutbuklarının yenilənməsi haqqında rəsmən elan edilməyib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL