waplog

“LG” şirkəti “X2” smartfonunu təqdim edib


“LG Electronics” şirkəti “X2” adlı orta texniki səviyyəli smartfonunu təqdim edib. Yeni aparat barmaq izləri skanerinə malikdir.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, qurğu “IPS” matrisindən istifadə edən “HD” (1280x720 piksel) formatlı 5 düymlük ekran, 1,3 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon” prosessoru ilə təchiz edilib. Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 2 və 16 QB təşkil edir. “MicroSD” çıxarılıb-taxılan daşıyıcılarının qoşulması mümkündür.

İşıq diodu işıqlandırıcısına malik əsas kameranın təsvir ölçüsü 8 meqapiksel, ön kamerada isə 5 meqapikseldir. Həmçinin “4G LTE”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.2” və “GPS” kimi simsiz kommunikasiya vasitələri dəstəklənir.

2500 milliamper/saat tutumuna malik akkumulyatorla təchiz edilmiş smartfon “Android 7.1.2 Nougat” əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Aparatın ölçüləri 144,8x71,9x8,2 mm, çəkisi 152 qr-dır. “Auto Shot” (selfi çəkilişi zamanı sifətin avtomatik tanıması) və “Quick Share” (mesaj və ya SNS vasitəsilə şəkillərin ani ötürülməsi) kimi funksiyalar əlçatandır.

Yalnız qara rəngli korpusda satışa çıxarılacaq “LG X2” smartfonunun  Cənubi Koreya bazarında dəyəri təxminən 176 dollar təşkil edəcək.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL